Ötən il korrupsiyaya yol verən 19 nəfər cinayət başında tutulub
10:22 15 Yanvar 2020
“Baş İdarənin əməliyyat qurumlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 19 şəxs cinayət başında yaxalanıb, 17 nəfər axtarışda olan şəxs saxlanılıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanıb”.
Femida.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2019-cu il ərzində Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: “Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub”.
Femida.az
Oxunub: 858
Oxşar xəbərlər
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, idarə rəisi saxlanılıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Prezidentdən korrupsiya ilə bağlı mühüm SƏRƏNCAM
- Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub
- Fikrət Məmmədov beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib
- Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb
- “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Milli Fəaliyyət Planı"nın layihəsi müzakirə olunub
- DİM sədri: "Mərkəzləşmiş qəbul sisteminədək qohumbazlıq və korrupsiya tüğyan edib"
- "Səylərimiz korrupsiya və çirkli pulların yuyulmasına qarşı yönəlib" - Nazir müavini
- Antikorrupsiya tədbirləri bütün dövlət qurumlarını əhatə edəcək