47 vəzifəli şəxs korrupsiyaya görə məsuliyyətə cəlb edilib
10:25 15 Yanvar 2020
“Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanıb, 86 (27.10 %) material üzrə digər prokuror təsir aktları tətbiq edilib”.
Femida.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hesabat dövründə “161-Qaynar xətt” əlaqə mərkəzinə yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib.
“19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”, - deyə K. Əliyev vurğulayıb.
Femida.az
Oxunub: 816
Oxşar xəbərlər
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, idarə rəisi saxlanılıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Prezidentdən korrupsiya ilə bağlı mühüm SƏRƏNCAM
- Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub
- Fikrət Məmmədov beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib
- Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb
- “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Milli Fəaliyyət Planı"nın layihəsi müzakirə olunub
- DİM sədri: "Mərkəzləşmiş qəbul sisteminədək qohumbazlıq və korrupsiya tüğyan edib"
- "Səylərimiz korrupsiya və çirkli pulların yuyulmasına qarşı yönəlib" - Nazir müavini
- Antikorrupsiya tədbirləri bütün dövlət qurumlarını əhatə edəcək