"Hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib" - İdarə rəisi


10:25     15 Yanvar 2020 2020/01/Kamran-Əliyev-696x401_1579069914.jpg

“2019-cu il ərzində cinayət yolu ilə əldə edilən pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istintaqı tamamlanıb”.


Femida.az-n xəbərinə görə, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O söyləyib ki, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 558