2019-cu ildə Azərbaycanda 404 əcnəbiyə qaçqın statusu verilib


11:36     15 Yanvar 2020 20_01_15_1579073894.jpg

"Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir".


Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 457 readmissiya olub: “Bu rəqəm 2018-ci illə müqayisədə 464 olub”.

V. Hüseynov həmçinin qeyd edib ki, 2019-cu ildə 404 əcnəbiyə qaçqın statusu verilib: "Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayanlardan 43-ü İran, 30-u Əfqanıstan, 5-i Liviya, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikası vətəndaşıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 644