1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb - Son 5 ildə


11:39     15 Yanvar 2020 20_01_15_1579074064.jpg

"2014-cü ildən bu günə qədər 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb".


Femida.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, ölkəyə qaytarılan şəxslərin böyük əksəriyyəti Almaniyada olan azərbaycanlılar olub. Xidmət rəisi qeyd edib ki, readmissiya olan şəxslər Almaniyadan əlavə həmçinin Avstriya, Fransa, İsveç, Belçika kimi Avropa ölkələrindən olub. Xidmət rəisi deyib ki, 1323 nəfər şəxsin readmissiya olunması ilə bağlı sorğular daxil olub: "Bu sorğular müsbət cavablandırılıb, amma geri qaytarılması reallaşmayıb. Şəxslər qaytarıldığı təqdirdə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxslərin vəziyyəti, orada hansı problemlərinin olması ilə maraqlanılır. Miqrasiya Xidməti yanında Reinteqrasiya işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların nümayəndələri təmsil olunur. Biz bu çərçivədə 58 şəxsin ehtiyaclarının qarşılanmasını həyata keçirmişik".

Femida.az

Açar sözlər: #Miqrasiya  

Oxunub: 1069