6-cı sinif şagirdi bacısını güllələdi - Ağdamda faciə


19:46     21 May 2015 1428923110_teleqraf.com14289187573-yashli-ushaq-korpe-qardashini-gulleledi-shok-hadse.jpg

8-ci sinifdə oxuyan qız aldığı xəsarət nəticəsində ölüb.


Azərbaycanın Ağdam rayonunda 8-ci sinif şagirdi yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Hadisə Ağdamın Xıdırlı kəndində qeydə alınıb.

Məcburi köçkün Həsənova Ayşən Hüseynqulu qızı evdə 6 sinifdə oxuyan qardaşı Hüseyn Həsənovla birgə olub. İlkin ehtimala görə, uşaqlar evdə oynayarkən H. Həsənovun əlindəki silahdan atəş açılıb və A.Həsənovaya dəyib. Nəticədə A. Həsənova aldığı güllə yarasından ölüb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır./Apa/

Açar sözlər:

Oxunub: 1088