Ötən il 15 minə yaxın əcnəbi miqrasiya qanunvericiliyinin tələblərini pozub


11:51     15 Yanvar 2020 2020/01/7e45f932-38ac-41ca-994c-8ebc964bedcc_1579074930.jpg


"Ötən il ölkədə qanuni əsaslarla olan və yaşayanların sayı 232.692 nəfər olub".


Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Xidmət rəisinin sözlərinə görə, bunlardan 97293 nəfəri qeydiyyata alınmaqla ölkədə 15 gündən artıq yaşayanlar, 135399 nəfəri turizm və digər məqsədlərlə ölkəyə 15 gündən az müddətdə gələnlərdir.

O bildirib ki, 2019-cu ildə 97293 nəfər qeydiyyata alınmaqla ölkədə olan və ya müvafiq sənəd əsasında yaşayanlardır: "2018-ci illə müqayisədə bu rəqəmdə 12 faiz artım müşahidə olunub. Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayan əcnəbilərin sayı 4681 nəfər olub. 2018-ci illə müqayisədə 31 faiz azalma olub".

Xidmət rəisi deyib ki, ötən il miqrasiya qanunvericiliyinin tələblərini 14834 əcnəbi pozub: "Bu da əvvəlki illə müqayisədə 23 faiz azalma deməkdir”.

O, həmçinin qeyd edib ki, qanunsuz miqrantların saxlanma mərkəzində 2019-cu il ərzində 1237 əcnəbi saxlanılıb. Bu, 2018-ci illə müqayisədə 30 faiz azalma deməkdir. Mərkəzdə saxlanılan əcnəbilərdən 21 faizi Pakistan, 19 faizi Türkiyə, 8 faizi İran, 6 faizi İraq, 6 faizi Gürcüstan, 40 faizi digər ölkələrin vətəndaşlarıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 583