İcra hakimiyyətləri ilə bağlı 7 cinayət işi başlanıb - 9 vəzifəli şəxs həbs olunub


12:17     15 Yanvar 2020 2020/01/Kamran-Əliyev-696x401_1579069914.jpg

“Yerli icra hakimiyyət orqanlarında olan qeyri-neqativ hallarla bağlı Baş İdarəyə müraciətlər daxil olub, araşdırma aparılıb”.


Femida.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işləri üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.

Femida.az

Açar sözlər:

Oxunub: 1016