Vüsal Hüseynov: “Deportasiya ilə bağlı statistikanın aparılması səlahiyyətlərimiz çərçivəsində deyil”


13:04     15 Yanvar 2020 vusal-huseynov-pl2_1510378407.jpg

“Deportasiya ilə bağlı statistikanın aparılması Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri çərçivəsində deyil”.


Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, deportasiya ilə bağlı dəqiq statistika aparmaq mümkün deyil: “Çünki belə bir uçotun aparılması DMX-nin səlahiyyətləri çəxrçivəsində deyil. Şəxs ölkədən çıxarılanda onun həmin dövlətin hansı qərarı ilə çıxarması ilə bağlı bizdə tam məlumat olmur. Ona görə bizdə olan rəqəmlər real vəziyyətdən çox fərqli olduğundan bunu açıqlamırıq. Şəxs deportasiya olunanda onun pasportunda müvafiq qeyd olmur. Şəxs və həmin dövlətin sərhəd məsələlərinə baxan səlahiyyətli orqanı bizə məlumat verməsə bizdə bununla bağlı məlumat olmur”.

Femida.az

Açar sözlər:

Oxunub: 644