Avtomobil kanala aşdı, 2 nəfər öldü


13:25     15 Yanvar 2020 dereye%20asib.jpg

İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatlna görə, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.
Rayonun Yalavac kənd sakini 32 yaşlı Zaur Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq su kanalına aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin - rayonun Cəfərli kənd sakini, 32 yaşlı Nicat Məmmədov suda boğulub. Avtomobildə olan digər 2 sərnişin - Yalavac kənd sakinləri 26 yaşlı Elvin Mustafayev və 29 yaşlı Eldəniz Mehdiyev müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 564