Azərbaycanda daha bir universitetdə magistraturaya qəbul aparılacaq
17:24 15 Yanvar 2020

Təhsil naziri Ceyhun Bayramov yanvarın 15-də Strasburq Universitetinin prezidenti Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsinin iki ölkə arasında təhsil əlaqələrinin hərtərəfli inkişafında yeni bir mərhələ təşkil etdiyi və UFAZ-da magistraturanın yaradılmasının bu əlaqələrin inkişafına müsbət töhfə verəcəyi vurğulanıb.
Fransa tərəfi ilə aparılan danışıqlara əsasən, 2020-2021-ci tədris ilindən etibarən UFAZ-da magistratura pilləsinə qəbul aparılacaq. UFAZ-ın magistratura proqramının ümumi strukturu həmin təhsil müəssisəsinin bakalavriat proqramına əsasən təşkil ediləcək. Magistratura pilləsində təhsilin 2 il müddətinə 3 ixtisas (Tətbiqi kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi) üzrə aparılması və hər il bütün ixtisaslar üzrə 80 tələbənin qəbulu nəzərdə tutulub. Sonda məzunlara həm Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həm də Strasburq Universitetinin diplomları veriləcək.
Qeyd edək ki, hazırda UFAZ-da 538 tələbə təhsil alır. 2019-2020-ci tədris ilində UFAZ-ın ilk məzun buraxılışı olacaq.
Femida.az
Oxunub: 854
Oxşar xəbərlər
- Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
- Azərbaycanda ötən il 410 min su analizi aparılıb
- Azərbaycanda yol qəzaları ən çox bu səbəbdən baş verir
- Azərbaycanda bütün mağazalar açıldı
- Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı açıqlanıb
- Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü
- Azərbaycanda daha 11 nəfər COVID-19-dan vəfat edib
- Azərbaycanda 51 ali təhsil müəssisəsi var
- Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb
- Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb