Spirtli içki və ərzaq məhsullarının ölkəyə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb


09:26     16 Yanvar 2020 20_01_16_1579152424.jpg


Spirtli içki və ərzaq məhsullarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz Travego 17 SHD” markalı avtobus saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtobusun arxa pilləkəninin içərisində gömrük nəzarətindən gizlədilən 80 kiloqram sosiska, 5 kiloqram qaxac olunmuş ət və 36 litr çaxır aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 625