Penitensiar xidmətin rəisi İmişlidə vətəndaşları qəbul edəcək


09:29     16 Yanvar 2020 20_01_16_1579152652.jpg

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov yanvarın 18-də İmişli regional ədliyyə idarəsində (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a) vətəndaşları qəbul edəcək.

Femida.az xəbər verir ki, qəbulda İmişli, Beyləqan, Füzuli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də elektron qaydada nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə yazıla bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1193