Bakı polisi əməliyyat keçirib, 3 nəfər tutulub


11:05     16 Yanvar 2020 2018/02/polis_yeni_1518511611.jpg

Bakıda keçmiş məhkumlarda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Femida.az-ın xəbərinə görə, hadisə paytaxtın Nəsimi və Xətai rayon ərazilərində qeyd edə alınıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Səfərovdan 3 kq 156 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Məmmədovdan 243 qram heroin aşkar edilərək götürülüb.

Həmçinin, Xətai RPİ-nin 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü N.Nəbizadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,425 qram heroin və 1,320 qram metamfetamin aşkar olunaraq götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 752