İlham Əliyev “Dostluq“ ordeni verdi


16:07     26 Noyabr 2015 97f38f1952cb693adf8ea7ce9193c395.jpg

Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.


Femida.az-ın məlumatına görə, dövlət başçısı sonra ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə “Dostluq” ordeni təqdim edib.

ISESCO-nun baş direktoru isə çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatı təqdim edilib.

Daha sonra birgə foto çəkdirilib.

Açar sözlər:

Oxunub: 931