Seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərəcək
11:16 16 Yanvar 2020
"Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə maraq böyükdür".
Femida.az xəbər verir ki, bunu Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərəcək: “Mətbuat Şurası seçki günü öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. "Qaynar xətt"ə daxil olan məlumatlar öncə Mərkəzi Seçki Komissiyasına ötürüləcək. Əvvəlki seçkilərdə "qaynar xətt"ə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də elə olacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcək”.
Oxunub: 545
Oxşar xəbərlər
- Seçkilərlə bağlı iclas bu tarixdə keçiriləcək - Konstitusiya Məhkəməsi açıqladı
- Seçkiyə görə baş həkimə şiddətli töhmət verildi
- Seçkilərin ilkin NƏTİCƏLƏRİ
- Seçkilər qanunvericiliyə uyğun şəkildə keçirilir - MDB müşahidə missiyasının rəhbəri
- Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək
- Seçki dairələrində müşahidə üçün müraciət müddəti başa çatıb
- Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün müddət başa çatır
- Seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırılıb
- Seçkiləri müşahidə edəcək şəxslərin sayı açıqlandı
- Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müşavirə keçirilib