UEFA "Qarabağ"ın hesabına 260 min köçürüb


11:50     16 Yanvar 2020 uefa_logo_new_121213_1496926072.jpg


UEFA "Qarabağ"ın hesabına 260 min 500 avro pul köçürüb.

Femida.az xəbər verir ki, məbləğ Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 4 - 6-cı turlarındakı nəticələrinə uyğun olaraq nəzərdə tutulub. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” Futbol Klubunun hesabına köçürülüb.

Ölkə çempionu heç-heçəyə görə 190 min avro, əlavə bonus olaraq 70 min 500 avro əldə edib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsinin A qrupunu 5 xalla 3-cü pillədə başa vurub.

Femida.az

Açar sözlər: #UEFA  

Oxunub: 766