Sürücülərə ŞAD XƏBƏR - BNA parklanmanı ödənişsiz etdi


12:42     16 Yanvar 2020 20_01_16_1579163890.jpg


Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.

Bu barədə Femida.az-a BNA-dan məlumat verilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.

"Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik", - deyə BNA-dan bildirilib.

Femida.az

Açar sözlər: #BNA   #sürücü  

Oxunub: 1257