Ermənistanda yeni Konstitusiyanın hazırlanması üzrə komissiya yaradılacaq


12:57     16 Yanvar 2020 ermenistan6.jpg

Tezliklə Ermənistanda Konstitusiyanın yeni mətnini hazırlayacaq komissiyanın tərkibi formalaşdırılacaq.


Bu barədə Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir.

“Jamanak” nəşri qeyd edib ki, komissiya Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə yaradılır.

"Çoxları komissiyanın Ermənistanın prezident idarəetmə sisteminə keçməsi ilə bağlı layihə təqdim edəcəyinə əmindir. İdarəetmə sisteminin dəyişib-dəyişməyəcəyini söyləmək çətindir, ancaq dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsi ilə bağlı mövcud problemin həll ediləcəyi məlumdur”, - məqalədə deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 512