Dilqəm Əsgərovun silahı özünə qaytarıla bilər


13:35     16 Yanvar 2020 2020/01/1579166949233_UATCDhDR_1579167409.jpeg

Daxili İşlər Nazirliyi (DİN) Ermənistanda girovluqda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun ittihamlarına cavab verib.


Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun rəhbəri Eşqin Qasımov Femida.az-a bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib: “Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izah olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq K. Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsgərov girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər. Bundan başqa müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası Şəmkir rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyiblər”.

Qeyd edək ki, K. Əsgərov atasına məxsus silahın polis tərəfindən müsadirə edildiyini açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 635