Maliyyə Nazirliyi: Pensiyaların maliyyələşdirilməsi tam və vaxtında təmin olunur
15:00 16 Yanvar 2020

“Ötən gün 2020-ci ilin yanvar ayı üzrə pensiyaların ödənilməsinin Xəzinədarlıq orqanları tərəfindən gecikdirilməsi ilə bağlı yayılan fikirlərin heç bir əsası yoxdur. Bir qayda olaraq, Xəzinədarlıq orqanları tərəfindən ilk növbədə pensiya, müavinət, təqaüd və digər bu tipli sosial xərclərin maliyyələşdirilməsinin icrası tam və vaxtında təmin olunur”.
Bunu Reporta cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
O qeyd edib ki, cari ilin yanvarın 10-da dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna pensiyaların maliyyələşdirilməsi üçün 190,4 mln manat transfert ayrılıb.
“Yanvarın 14-də isə Fondun sifarişlərinə əsasən dövlət büdcəsindən ayrılmış transfert və ilin əvvəlinə DSMF-nin qalıq vəsaiti hesabına (98,6 mln manat) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi təmin edilib. Dünən, yanvarın 15-də isə DSMF-nin respublikanın digər şəhər və rayonları üzrə şöbələrinin hesablarına 128,5 mln manat vəsait köçürülüb və bu gün, gün ərzində pensiyaçıların kart hesablarına ödənilməsi tam təmin ediləcəkdir. Beləliklə, pensiyaların maliyyələşdirilməsində heç bir halda gecikmədən söhbət gedə bilməz, əksinə, respublikanın bütün şəhər və rayonları üzrə pensiyaların ödənişi ötən ilkindən 2 gün daha tez olmaqla maliyyələşdirilməsi həyata keçirilib”, - nazirlik rəsmisi bildirib.
Oxunub: 448
Oxşar xəbərlər
- Peskov: ABŞ səfirliyinin açıqlaması Rusiyanın daxili işlərinə müdaxilədir
- Zahid Zairli: "Canavar" ləqəbli 20 yaşlı şəhidimiz
- XİN: Azərbaycanlı dənizçinin nəşinin Vətənə gətirilməsi üçün tədbirlər görüləcək
- Rusiya XİN: “ABŞ daxili problemləri ilə məşğul olsun”
- Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”
- Konstitusiya Məhkəməsi: Lizinq müqaviləsi kredit deyil
- ŞAD XƏBƏR - Bu CƏRİMƏLƏR LƏĞV EDİLİR
- Qanuna dəyişiklik edilir - Sürücü hansı hallarda avtoxuluqan sayılacaq?
- Azərbaycan əsgəri minaya düşərək şəhid olub
- Xanlar Vəliyev: Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır