UEFA Azərbaycan klublarının borcunu açıqladı: 20 milyon avro


18:14     16 Yanvar 2020 uefa6.jpg


Futbol üzrə Azərbaycan çempionatında çıxış edən klubların 2018-ci il üzrə borcları müəyyənləşib.


Femida.az-ın məlumatına görə, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. 8 klubun ümumi borcu 20 milyon avro təşkil edib. Başqa sözlə, hər klubun borcu orta hesabla 2.5 milyon avrodur.

Premyer Liqamız bu göstəriciyə görə Avropada 19-cudur.

İngiltərə Premyer Liqasındakı 20 klubun 2 milyard 474 milyon, İtaliya A Seriyası təmsilçilərinin 1 milyard 808 milyon, Türkiyə Super Liqasındakı klubların isə 983 milyon avro xalis borcu var.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #UEFA  

Oxunub: 669