DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatır


18:47     16 Yanvar 2020 2015-07-09-22-04-32msk.jpg

Bu gün Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatır.

Bunu Femida.az- a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, bu gün 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatacaq.

Açar sözlər:

Oxunub: 820


Oxşar xəbərlər