İrandan narkotik tərkibli dərman gətirib, bəraət alan şəxslə bağlı yeni qərar çıxarıldı


17:14     16 Yanvar 2020 20_01_16_1579180533.jpg

Ali Məhkəmədə İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan 1966-cı il təvəllüdlü Münasib Yaqubovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Femida.az xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.


İttihama götə, Münasib Yaqubov 8 iyul 2017-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində müəyyən edilməsi mümkün olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən, maddəsinin miqdarı 18 qram təşkil edən 90 həb “T-Doll Tramadol Hydrochloride BP 200 mg Tablets” göstəricili dərman preparatını əldə edib.

O, dərman preparatlarını alt palatarının içərisində gizlədərək Azərbaycana gətirib.

İstintaq orqanı tərəfindən Münasib Yaqubovun barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən maddələrə münasibətdə külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Münasib Yaqubov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Münasib Yaqubov apellyasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Bir müddət əvvəl Şirvan Apellyasiya Məhkəməsində Münasib Yaquvovun şikayətinə baxılıb və onun cəzası dörd ilə endirilib.

Bu qərardan Münasib Yaqubov kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə Münasib Yaquovun barəsində verilən şikayət təmin olunub. İşin yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.

İş materialları yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılıb.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Münasib Yaqubovun barəsində çxıardığı hökm ləğv edilib, yeni hökm elan edilib.

Yeni hökmə əsasən, Münasib Yaqubovun əməlində Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması müəyyən edilib. Buna əsasən, ona həmin maddə üzrə bəraət verilib.

Münasib Yaqubov Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib və ona 3 il 6 ay cəza təyin edilib.

Açar sözlər:

Oxunub: 851