DİN Cəlilabaddakı ağır qəza ilə bağlı məlumat yaydı


17:54     16 Yanvar 2020 din-den%20seyyar%20xidmet.jpg

Cəlilabad rayonunun Alar kəndi ərazisində "Ford Transit" və "VAZ-2106" markalı avtomobillər toqquşub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata əsasən, yanvarın 15-də saat 18:00 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Abşeron rayon sakini Y.Tahirovun idarə etdiyi "Ford Transit" və Salyan rayon sakini Ağarəhim Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Nəticədə A.Məmmədov hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 788