Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib


19:07     16 Yanvar 2020 tehsil_nazirliyi_044.jpg

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.


Təhsil Nazirliyindən Femida.az-ın sorğusuna verilən cavaba görə, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Femida.az

Açar sözlər:

Oxunub: 703