Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərlənib
09:22 17 Yanvar 2020
Saatlı rayonunda zəhərlənmə hadisəsi baş verib.
Femida.az xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
Məlumata görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada həkimlər tərəfindən onlara ilkin tibbi yardım göstərilib.
Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvlərinin vəziyyətləri stabildir.
Onlar göbələkdən zəhərləndiklərini bildirirlər. Faktla bağlı araşdırma aparılır.(Report)
Oxunub: 627
Oxşar xəbərlər
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb
- Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb
- Saatlıda doğuş zamanı ana və körpəsi ölüb