30 yaşlı şəxs bıçaqlandı


09:29     17 Yanvar 2020 bicaq.jpg

Bakıda 30 yaşlı şəxsin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.


Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində qeydə alınıb. Binə qəsəbəsi sakini, 1990-cu il təvəllüdlü Nurlan Atayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Açar sözlər:

Oxunub: 592