Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib
10:39 17 Yanvar 2020
Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib.
Femida.az-ın xəbərinə görə, hakim Sənan Hacıyevə bu gündən Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri vəzifəsinin icrası həvalə olunub.
Bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü S.Hacıyev 2018-ci ildən Ali Məhkəmədə fəaliyyət göstərir. Ali Məhkəmənin ən gənc hakimi olan S.Hacıyev daha əvvəl Nərimanov Rayon Məhkəməsinin hakimi (2010-2013) və Bakı Apellyasiya Məhkəməsinin hakimi (2013-2018) olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.
Prezident İlham Əliyevin 2019-cu il iyulun 29-da təsdiq etdiyi “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.
Femida.az
Oxunub: 782
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM