FHN gənci sıxılmış maşından belə çıxardı (VİDEO)


10:55     17 Yanvar 2020 20_01_17_1579244226.jpg

Lənkəran rayonunda minik avtomobili əvvəl qaz xəttinə, sonra ağaca çırpılıb.




Femida.az -ın verdiyi məlumata görə, qəza axşam saatlarında Separadi kəndində baş verib.


1993-cü il təvəllüdlü, Masallı rayonu Türkoba kənd sakini Eltun Teymur oğlu Qafarov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarından keçən qaz xəttinə, sonra isə ağaca çırpılıb.



Maşının sağ qabaq hissəsi, sərnişin tərəfi deformasiyaya uğrayıb və nəticədə sürücünün yanında əyləşən həmkəndlisi, 1993-cü il təvəllüdlü Cavid İsa oğlu İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.




Cavid İsayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.


Yaxınlıqda yerləşən 20-yə yaxın evin qaz təchizatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 663