Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupu toplandı


11:19     17 Yanvar 2020 20_01_17_1579245623.jpg

Ravalpindi şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda protokol imzalanıb.





Femida.az

Açar sözlər:

Oxunub: 672