Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb


11:53     17 Yanvar 2020 piyada5.jpg

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 16-da saat 8 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 365