Paytaxt sakininin avtomobilindən 4 kq narkotik götürülüb


12:04     17 Yanvar 2020 2020/01/1579247903887_deM0ZmbO_1579248382.jpg

Bakıda maşından narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, “Mercedes” markalı avtomobilindən isə 3 kiloqram 111 qram marixuana və 1 kiloqram heroin aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 329