“Fövqəladə hallarla bağlı davranış qaydaları” tədbir keçirilib


12:15     17 Yanvar 2020 2020/01/1579249077811_p7sFQTp6_1579249229.jpeg

FHN Bakı Regional Mərkəzi tərəfindən Nizami rayonu 12 nömrəli tam orta məktəbdə şagird və müəllim heyətinin fövqəladə hadisələrlə bağlı maarifləndirilməsi məqsədilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirib.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Bakı Regional Mərkəzinin, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev tədbiri giriş sözü ilə açaraq, fövqəladə hallar zamanı davranış qaydalarını hər kəsin bilməli olduğunu qeyd edib və belə tədbirlərin bu bilikləri əldə etmək baxımdan böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Daha sonra Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “112 qaynar xətti”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı tərəfindən isə “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar olub, mövzulara aid maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Keçirilmiş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, verilən çoxsaylı suallar ətraflı cavablandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 684