Bakının bu küçələrində avtomobillərin hərəkətlərinə məhdudiyyət qoyulacaq
12:40 17 Yanvar 2020
Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub.
Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Femida.az-a bildirib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Femida.az
Oxunub: 1421
Oxşar xəbərlər
- Bakının Qaradağ rayonunda qaz kəsiləcək
- Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Bakının mərkəzində restoranda lift qırılıb, 2 nəfər ağır xəsarət alıb
- Bakının 6 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq
- Bakının Nəsimi və Səbail rayonlarında su kəsiləcək
- Bakının parklanma Baş Planı hazırlanıb və qiymət tarifi müəyyənləşdirilib
- Bakının bir sıra ərazilərində su kəsiləcək