YAP ödənişsiz efir vaxtından imtina edib


14:16     17 Yanvar 2020 2020/01/0a6b9bfb-b279-444a-856e-043a41fcbc16_1579256264.jpg


Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində ödənişsiz efir vaxtından istifadə etməyəcək.


Femida.az-ın əldə etdiyi məlumata görə, YAP parlament seçkilərinin təşviqat mərhələsində İTV-nin pulsuz efir vaxtından istifadə etməyəcəyi ilə bağlı müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır. YAP-ın 123 deputatlığa namizədi qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 629