Bakı şəhərində cinayətlərin sayı azalıb


15:13     17 Yanvar 2020 bsp.jpg


Ötən il paytaxtda ümumilikdə 11 min 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub.


Femida.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Qeyd edilib ki, 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 379