Quba polisi gücləndirilmiş iş rejiminə keçib


15:40     17 Yanvar 2020 2020/01/bb39de3f-c5de-41a5-ae45-2b369f5b1461_1579261292.jpg

Quba polisi gücləndirilmiş iş rejiminə keçib.


Femida.az-ın məlumatına görə, turistlərin sayının artması, eləcə də rayon ərazisində hərəkətin intensiv olması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ərazidə təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Belə ki, Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin (DYP) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

İnspektorlar tərəfindən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılır, müvafiq sənədlər yoxlanılır. Bundan əlavə, YPX-nin əməkdaşları qonaqların istirahət edəcəkləri ərazi üzrə yollarda olan vəziyyət haqqında onlara məlumat verirlər.

Quba RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində gücləndirilmiş iş rejimində çalışırlar. Onlar təhkim olunmuş xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləməkMətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Femida.az

Açar sözlər:

Oxunub: 685