MSK daha bir DSK-nın qərarını ləğv edib


15:53     17 Yanvar 2020 MSK23.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir dairə seçki komissiyasının (DSK) qərarını ləğv edib.


Femida.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 15 saylı Yasamal I seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Məmmədli Elcan Vəliməmməd oğlunun müraciətinə baxıb.

İclasda çıxış edən E.Məmmədli DSK-ya təqdim etdiyi imza vərəqələrində hərf səhvləri olduğunu qeyd edib.

Səhvlər texniki olduğundan MSK DSK-nın qərarını ləğv edib və E.Məmmədlinin namizədliyi qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 655