Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru qətlə yetirilib


15:57     17 Yanvar 2020 20_01_17_1579262307.jpg

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyan qətlə yetirilib.



Femida.az -ın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib.

G. Kutoyanın güllələnmiş meyiti Yerevanda yerləşən mənzildə tapılıb.


Ermənistan İstintaq Komitəsinin rəis müavini Artur Melikyan və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, G. Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.

Açar sözlər:

Oxunub: 532