DYP-nin iki şöbə rəisinə yeni vəzifə verilib


16:43     17 Yanvar 2020 dyp%20polis.jpg

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.


Femida.az xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb.

Belə ki, o, İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Bu barədə xəbəri ilk avtosfer.az saytı yayıb.

Açar sözlər:

Oxunub: 622