Bakıda 71 yaşlı qadın dəm qazından ölüb


18:12     17 Yanvar 2020 20_01_17_1579265224.jpg

Bakıda evdə meyit tapılıb.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayon sakini, 1949-cu il təvəllüdlü Əliyeva Fatmaxanım İsgəndər qızının meyiti yaşadığı evin hamamında tapılıb.

Meyitin ilkin müayinəsi zamanı onun dəm qazından öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 751