Gəncədə avtomobil ağaca çırpılıb, ölən var


18:54     17 Yanvar 2020 20_01_17_1579265730.jpg

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən qəza ilə bağlı məlumat yayıb.




Nazirlikdən Femida.az-a verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda “LADA” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sürücünün meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 796