Lavrov: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nəzərə çarpacaq dəyişikliklər baş verməyib”


16:49     17 Yanvar 2020 lavrov_25.jpg


"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nəzərə çarpacaq dəyişikliklər baş verməyib".


Bunu Rusiya Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov deyib.

Onun sözlərinə görə, kiçik addımların həyata keçirilməsində irəliləyişlər var.

S. Lavrov qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində və cəbhə xəttində nisbi sakitlik hökm sürür.

“Yerevanla Bakı arasında qaynar xətt fəaliyyət göstərir. Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Zaven Karapetyan və Elvin İbrahimov qaytarılıb. Digər saxlanılanlarla bağlı iş aparılır. Bu prosesə Beynəlxalq Qızıl Xaç Komitəsi cəlb olunub. Lakin hələlik münaqişənin həlli məsələsində heç bir ciddi irəliləyiş əldə edilməyib. Bu, İrəvana və Bakıya son səfərlərim zamanı da müzakirə edilib. Yaxın gələcəkdə tərəflər arasında əsaslı bir söhbətin davam edəcəyinə ümid var. Öz tərəfimizdən, Minsk qrupundakı fransalı və amerikalı həmkarlarımızla birlikdə lazımi köməyi göstərəcəyik", - deyə o, vurğulayıb. / APA

Femida.az

Açar sözlər: #Lavrov  

Oxunub: 650