Edama bir neçə saat qalmış əfv olundu


17:12     17 Yanvar 2020 20_01_17_1579265846.jpg

Ölümcül inyeksiyaya bir neçə saat qalmış edam hökmünə məhkum edilmiş amerikalı əfv edilib.

Bu barədə UPI məlumat yayıb.

Hadisə Corciya ştatında qeydə alınıb.

Qətldə ittiham olunan Cimmi Medersin hökmü ömürlük həbslə əvəzlənib. Bu, o deməkdir ki, o, vaxtından əvvəl şərti azadlığa da buraxıla bilər.

Meders 1987-ci ildə məhkum olunub.

Əfv verilmə səbəblərindən biri onun qətlə qədər cinayət törətməməsi olub.

Açar sözlər:

Oxunub: 837