Ədliyyə nazirinin müavini Masallıda qəbul keçirib
19:48 17 Yanvar 2020
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 17-də Ədliyyə nazirinin müavini Eldar Nuriyev Masallı şəhəri Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Masallı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram ifadə edilib.
Qəbulda ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin həlli üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib.
Səfər çərçivəsində nazir müavini, həmçinin yerli məhkəmə və ədliyyə qurumlarının iş şəraiti, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Masallı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, habelə Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Masallıda inşa edilən yeni məhkəmə binasının tikintisinin gedişi ilə tanış olub.
Femida.az
Oxunub: 1915
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə xidmətləri mövzusunda onlayn brifinq keçirilib
- Ədliyyə naziri Kəlbəcərdəki hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
- Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib - FOTO
- Ədliyyə Nazirliyinin işçilərinin maaşlarına əlavələr ediləcək
- Ədliyyə işçiləri və könüllüləri ağacəkmə aksiyasına qoşulublar
- Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarına təsirləri ilə bağlı videokonfrans keçirilib
- Ədliyyə nazirinin müavini tərəfindən verilən hesabat qəbul edildi
- Ədliyyə işçiləri və hakimlər Qarabağ Dirçəliş Fonduna 500 min manat köçürdü
- Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan verib