Azərbaycan səfiri Gürcüstanın vitse-spikeri ilə görüşüb


20:40     17 Yanvar 2020 2020/01/136E2F32-244C-4BF4-83FF-FE0B9DF5D95B_1579279184.jpeg

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkə parlamentindəki Azərbaycanla dostluq qrupunun rəhbəri, vitse-spiker Kaxaber Kuçava ilə görüşüb.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə parlamentlərin dostluq qrupları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

K.Kuçava görüşdən sonra bildirib ki, Azərbaycan parlamentinə bu ilin fevralın 9-da keçiriləcək seçkilərdən sonra qanunverici orqanda Gürcüstanla dostluq qrupu formalaşdırılacaq: “Dostluq qruplarnın qarşılıqlı səfərləri planlaşdırılacaq. Biz həmçinin il ərzində Gürcüstanda, həmçinin etnik azərbaycanlıların yaşadıqları bölgələrdə həyata keçirə biləcəyimiz müxtəlif tədbirlər barədə fikir mübadiləsi apardıq. Həmin bölgələri təmsil edən deputatlar bu prosesə fəal cəlb olunacaqlar”.

Qeyd edək ki, K.Kuçava ötən ilin dekabrında Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupuna rəhbər təyin olunub. Qrupda 62 deputat təmsil olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 733