Daha iki rayonda binaların səyyar qeydiyyatı aparılacaq
09:32 18 Yanvar 2020
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə yanvarın 21-24-də Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək.
Bu barədə Femida.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, səyyar qeydiyyat xidmətindən yanvar 21-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, yanvar 22-də saat 9:00-13:00-dək Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99 və 101, saat 14:00-dan 18:00-dək isə Nizami rayonu, E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında yerləşən binaların sakinləri yararlana biləcəklər.
Nizami rayonu üzrə kampaniya 23 yanvarda Ş. Mirzəyev, T. Abbasov və R. Teymurov küçələrinin kəsişməsində, 2444-cü məhəllə, 24 yanvarda isə E.Süleymanov küçəsi, 59 ünvanlarındakı çoxmənzilli binalarda davam etdiriləcək və ümumilikdə, 815 mənzili əhatə edəcəkdir.
Qeyd edək ki, mənzillərini dövlət reyestrində qeydiyyata almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı olmaqla ilkin sənədlərlə mobil ofislərə müraciət edə bilərlər.
Femida.az
Oxunub: 581
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb