Azərbaycanda QHT sədri dəhşətli qəzada öldü
10:20 18 Yanvar 2020
Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Femida.az-ın məlumatına görə, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Saatlı rayonu Azadkənd kənd sakini, Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi "VAZ 21074" markalı 49 DF 711 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayon sakini Səmədov Əbülfət Ərəstun oğlunun idarə etdiyi "Mitsubishi" markalı 90 OZ 941 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "Mitsubishi"də olan sərnişinlər - Elşad Teymurov və Feyruz Minbaşıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
N.Cəfərov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 651
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib