BŞBPİ yol polisinin rüşvət almasına dair yayılan görüntülərə münasibət bildirib
10:28 18 Yanvar 2020
“Sosial şəbəkələrdə paytaxtda yol polisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntülər Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində tam və hərtərəfli araşdırılıb.
Görüntülərdə qeyd olunan olunan iddilar əsassızdır”.
Bunu Femida.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, ötən ilin aprel ayının 26-da 90-FX-065 dövlət qeydiyyat nişanlı avtomobil “Yol Hərəkəti haqqında” qanunun 69-cu maddəsini VII hissəsinin 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün yol polisi tərəfindən dayandırılıb. Vətəndaş Həmzə Muradov avtomobildən düşərək sürücülük vəsiqəsini yol polisinə verdikdən sonra avtomobillər yolun hərəkət hissəsindən kənara çəkilərək yol ayrıcında İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub.
Araşdırmalarla sübuta yetirilib ki, yol polisi inzibati xəta üzrə vəzifələrini tam və qanunauyğun formada icrasını təmin edib, hən hansı qanunsuzluq faktı aşkarlanmayıb.
Femida.az
Oxunub: 856
Oxşar xəbərlər
- BŞBPİ yol polisi haqqında iddiaları araşdırıb
- BŞBPİ: Vətəndaşlar yaxın qohumlarının dəfnində iştirak üçün şəxsi avtomobillərindən istifadə edə bilərlər
- BŞBPİ: Karantin dövründə aksiya keçirilməsinə məhdudiyyət qoyulub
- BŞBPİ paytaxt sakinlərinə müraciət edib
- BŞBPİ və şəhər Prokurorluğu Tofiq Yaqublunun həbsi ilə bağlı birgə məlumat yayıb
- BŞBPİ-də yeni təyinat oldu
- BŞBPİ İqbal Ağazadənin evinin elektrik naqillərini kəsən şəxslə bağlı məlumat yaydı
- BŞBPİ-nin şöbə rəisinin oğlunu maşın vuraraq öldürüb (VİDEO)
- BŞBPİ polisi təhqir edən sürücü ilə bağlı məlumat yayıb
- BŞBPİ-də geniş əməliyyat müşavirəsi keçirilib